Kreml Aİ-nin Qarabağ danışıqlarında vasitəçilik səylərinə münasibət bildirdi

Rusiya mövcud razılaşmaların implementasiyasına töhfə verərsə, Avropa İttifaqı (Aİ) ölkələrinin Qarabağ danışıqlarında vasitəçilik səylərini alqışlamağa hazırdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

HTML tutorial

“Vasitəçilik səyləri sabitlik, proqnozlaşdırma gətirirsə və mövcud razılaşmaların implementasiyasına kömək edərsə, o zaman yalnız alqışlamaq olar. Ümumiyyətlə, bu istiqamətdə işlər yaxşı gedir”, – deyə Peskov Aİ ölkələrinin Qarabağla bağlı üçtərəfli danışıqlar formatına qoşulma niyyətləri barədə bəyanatlarına münasibət bildirərkən deyib.