
Kreml Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasını istəmir.
Bunu Gununsesi.info-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəriElxan Şahinoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişısinin həlli perspektivi ilə bağlı məsələyə mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, ancaq orası da var ki, Rusiya Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazisi sayır. “Demək, Rusiya digər ölkələr kimi Azərbaycanın bu torpaqlardakı hüququnu tanıyır. Yox əgər Rusiya hərbi birləşmələri işğalçı ilə birgə Azərbaycana qarşı hər hansı təxribat həyata keçirərlərsə müharibə total xarakter daşıyacaq ki, bu heç Rusiyanın da maraqlarına cavab vermir”- deyə, E.Şahinoğlu vurğulayıb.
Politoloqun fikrincə, çünki, Cənubi Qafqazda total müharibə Şimali Qafqazda da qeyri-sabitlik yaradacaq. “Bundan başqa total müharibə Rusiyanın Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə münasibətlərini yenidən gərginləşdirəcək ki, indiki şəraitdə bu Kremlə lazım deyil”.
Mürtəza
Gununsesi.info












