Kreml Baydenin Putini təhqir etməsinə cavab verdi

  • By admin
  • 22 Fevral 2024 13:29

Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Co Baydenin Vladimir Putin haqqında kobud ifadələrini “ayıb” adlandırıb.

Gununsesi.info xəbər verir ki, Peskovun sözlərinə görə, Bayden Putinlə bağlı açıqlamaları ilə “öz ölkəsini biabır edir”.

“Bu cür boş bəyanatlar… başqa dövlətin başçısını, xüsusən də prezident Putini çətin ki, incidə bilər. Amma bu, ölkənin özü, ABŞ üçün böyük biabırçılıqdır”, – Peskov bildirib.

“Belə bir ölkənin prezidenti belə bir ifadə işlədirsə, bundan utanmalıdır. Təbii ki, Bayden daxili siyasi maraqlar naminə Hollivud kovboyu üslubunda davranış nümayiş etdirməyi çox istərdi. Bunun mümkün olduğunu düşünmürəm”, – Kreml nümayəndəsi əlavə edib.

O, həmçinin Ağ Evə Putinin Baydenlə bağlı oxşar bəyanatlarını axtarmağı məsləhət görüb, yəni belə ictimai bəyanatlar olmayıb.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden ictimai tədbirdəki çıxışında Rusiya prezidenti Vladimir Putini “dəli köpək oğlu” adlandırmışdı.

Gununsesi.info