Kreml bu türk dövlətini hədəfə çevirir

  • By admin
  • 28 Avqust 2017 11:16

kreml1

Əgər Qazaxıstan federasiyaya çevrilməsə, onu Ukraynanın taleyi gözləyir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında rusiyalı tarixçi Qriqori Mironov söyləyib. Onun fikrincə, Qazaxıstan rəsmi şəkildə qazaxlaşma prosesi aparır və rusdilli əhalini zorla ölkədən qovur:

“Dövlət səviyyəsində qazax millətçiliyi inkişaf edir. Bunun edilməsində məqsəd gələcəkdə ölkənin monoetnik dövlətə çevrilməsidir”.

Qeyd edək ki, XIX-XX əsrlərdə Qazaxıstana kütləvi şəkildə rusların köçürülməsi prosesi aparılıb. Nəticədə 40-80-ci illərdə ruslar əhalinin 40%-ni təşkil ediblər. Hazırkı dövrdə ruslar əhalinin 21%-ni təşkil edirlər.

Gununsesi.info