Kremlin sözçüsü Dmitri Peskov brifinqdə bildirib ki, Moskvada və digər böyük şəhərlərdə mobil telefonların kəsilməsi təhlükəsizlik səbəbləri ilə həyata keçirilir.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, “Bütün bağlanmalar və məhdudiyyətlər qanuna uyğun olaraq həyata keçirilir. … Bu, təhlükəsizliyin təmin edilməsinin əsas zərurətindən irəli gəlir. Bizneslərin problemlərinə gəldikdə isə, bu, əlavə təhlil mövzusudur”, – deyə o, jurnalistlərə son günlərdə rabitə kəsintiləri ilə bağlı sualı cavablandırarkən bildirib.
Qeyd edək ki, 5 martdan bəri Moskva sakinləri mobil telefon və internet xidmətinin işləməməsindən şikayətlənirlər. Vəziyyət xüsusilə Cənub İnzibati Dairəsi və Moskvanın mərkəzində ağırdır.
Maqsud











