Kreml bu gün verdiyi bəyanatda rusiyalı müxalifət lideri Aleksey Navalnının ölümünə Qərbin reaksiyasını müzakirə edib.
Gununsesi.info xəbər verir ki, Kreml Qərbin reaksiyasının “qəbuledilməz” olduğunu, lakin ABŞ və Avropanın bu bəyanatlarının prezident Vladimir Putinə zərər verməyəcəyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, “Navalnının ölümü ilə bağlı istintaq Rusiya qanunlarına uyğun olaraq davam edir və aparılır və hələlik heç bir nəticə əldə olunmayıb”.
Navalnının cənazəsinin ailəsinə nə vaxt veriləcəyi ilə bağlı suala Peskov “Bu, Kremlin cavab verəcəyi sual deyil” deyə cavab verib.
Peskov Putinin ölüm xəbərini necə qarşıladığını soruşduqda, “Mənim əlavə edəcəyim heç nə yoxdur” deyə cavab verib.
Gununsesi.info