Kreml Putin və Trampın ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının ləğvini müzakirə edib-etmədiyini açıqlayıb

  • By Admin2
  • 10 Mart 2026 16:35

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı zamanı ABŞ-nin Rusiya neftinə qarşı sanksiyalarının ləğvi məsələsini ətraflı müzakirə etməyiblər.

Gununsesi.info-nun xəbərinə görə, Kremlin sözçüsü bildirib ki, “Mövzu bu qədər ətraflı müzakirə olunmayıb. Baxmayaraq ki, həm Tramp, həm də Putin sanksiyaların qlobal iqtisadiyyat üçün nəticələrindən xəbərdardırlar”.

Qeyd edək ki, martın 9-da Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Putinin Trampla telefonla danışdığını bildirib. İki prezident arasında telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Danışıqlardan sonra Tramp qlobal neft qiymətlərinin artması fonunda bir neçə ölkənin enerji sektoruna qarşı sanksiyaların yumşaldılmasına icazə verdi.  Vaşinqton Rusiya nefti də daxil olmaqla məhdudiyyətlərin yumşaldılması imkanlarını müzakirə edir. Bu fonda Vladimir Putin tərəfdaşlar bu barədə siqnal verərsə, Avropaya neft və qaz tədarükünü artırmağa hazır olduğunu bildirib.

Maqsud

Gununsesi.info