Kreml Qarabağı öz maraqlarına uyğun formada həll etmək istəyir - politoloq

  • By admin
  • 11 İyul 2016 13:15

403351672

 

“Kreml Qarabağ münaqişəsinin Azərbaycan və Ermənistanın maraqları nəzərə alınmaqla, Rusiyanın təklifləri əsasında həllini istəyir və Sergey Lavrovun Bakıya səfərinin əsas məqsədi budur”.

Bunu Gununsesi.info-ya açıqlamasında Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə deyib. Onun sözlərinə görə, S. Lavrovun Bakıya səfəri zamanı prezidentlərin Sankt-Peterburq görüşündə əldə edilən razılaşmaların sənəd halına salınması müzakirə ediləcək: “Lavrov Bakıda keçirdiyi görüşlərdə Azərbaycan tərəfinin də mövqeyini bir daha dəqiqləşdirdikən sonra tərəflər arasında əldə olunan razılaşmaları sənəd halına salacaq”. Politoloq hesab edir ki, Rusiya ilk olaraq Dağlıq Qarabağ ətrafındakı beş rayonun azad olunması müqabilində Ermənistanın de-blokada olunmasını təklif edir. “Düzdür, Ermənistan bu təklifi qəbul etmir. Ermənistan Qarabağın statusunun müəyyən edilməsini tələb edir” – deyə, plolitoloq vurğulayıb. İ. Vəlizadə S. Lavrovun İrəvandan Bakıya birbaşa deyil, Moskvaya gedərək bir müddət sonra gəlişini də, məhz İrəvanın Kremlin təkliflərini qəbul etməməsi ilə əlaqələndirib. “İrəvan Rusiyanın təklifini qəbul etmədiyindən və bu üzdən də yenidən müzakirələrə ehtiyac olduğundan Lavrov Bakıya deyil, Moskvaya qayıtdı. Plana əsasən işlər qaydasında getsəydi Lavrov İrəvandan birbaşa Bakıya gəlməli idi. Lavrov məsələlər Kremldə bir daha müzakirə olunaraq, İrəvan irəli sürülən təkliflərə razı saldırıldıqdan sonra Bakıya gəlməli oldu. Əgər belə olmasaydı,Lavrov elə İrəvandan Bakıya gələrdi. Odur ki, Kreml Bakı və İrəvanın maraqları nəzərə alınmaqla,  Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı irəli sürdüyü təklifləri həyata keçirir. Təbii ki, Rusiyanın maraqlarına uyğun formada” – deyə, politoloq qeyd edib.

Gununsesi.info