Kreml Rusiya fond bazarının vəziyyəti ilə bağlı şərh verib

  • By Admin2
  • 08 İyul 2026 14:17

Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı Rusiya fond bazarındakı vəziyyəti şərh edib.

Gununsesi.info xəbər verir ki, Peskovun sözlərinə görə, ölkədə makroiqtisadi sabitlik təmin edilir və müəyyən təhlükəsizlik həddinə malik fond bazarındakı vəziyyət proqnozlaşdırıla bilən və nəzarət altındadır.

Rusiya prezidentinin mətbuat katibi izah etdi ki, “Bazar  həmişə həm regionda, həm də qlobal miqyasda baş verən hadisələrə reaksiya verir. Bu, normal bir reaksiyadır. Hökumət bu məsələni həll edir”.

Peskov əlavə edib ki, fond bazarındakı vəziyyət bu gün Rusiya prezidenti Vladimir Putinlə hökumət arasında keçiriləcək görüşdə müzakirə olunacaq.

Maqsud

Gununsesi.info