Kreml Rusiya sərhədçilərinin çıxarılması ilə bağlı Paşinyanın dediklərinə cavab verdi

  • By admin
  • 12 Mart 2024 13:52

Moskva Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması ilə bağlı nazirlik məktubu alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya pezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Baş nazir Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan tərəfi göstərdiyi köməyə görə Rusiya tərəfinə təşəkkür edib və sərhəd nəzarətini təkbaşına həyata keçirə biləcəyi barədə məlumat verib.

Xatırladaq ki, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, İrəvan Moskvanı “Zvartnots” hava limanında sərhəd nəzarətini müstəqil həyata keçirmək niyyəti barədə xəbərdar edib.

 

Gununsesi.info