“Kreml səhv siyasətinə düzəliş etməlidir, əks təqdirdə…” - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 26 May 2017 15:00

murteza bunyadli

Son dövrlərdə işğalçı Ermənistanın Azərbaycana qarşı çeşidli təxribatlarına şahidlik etməkdəyik. Ermənilər təkcə cəbhə xəttində vəziyyəti gərginləşdirməklə deyil, eyni zamanda Azərbaycan üçün daha həssas olan  məsələlərdən istifadə etməklə təxribata əl atırlar. Bunun üçün də ermənilər məqsədli formada Xocalı hava limanından Şuşaya və Kəlbəcərə ekstremal turizm adı altında hava uçuşlarının təşkil edilməsini gündəmə gətirib.

Bununla belə 28 may –Respublika günündə Rusiyanın Kursk şəhərində Kursk erməni gənclər Assosiasiyası həmin gün şəhərdə “Şuşanın azad olunmasının 25 illiyi” adlı təxribat xarakterli aksiya və “bayram konserti” planlaşdırıblar. Ermənilərin 9 may hadisəsindən sonra 28 may ərəfəsində Rusiyada açıq-aşkar belə təxribata əl atması isə daha ciddi planlardan xəbər verir.

Hələ bu azmış kimi separatçı rejimin mərkəzinin Xankəndindən Şuşaya köçürülməsi ilə bağlı məsələni gündəmə gətiriblər. Ermənilərin bu niyyətlərinin bir hədəfi var, o da, Azərbaycanın “səbr kasasını daşırtmaqla” böyük təxribata cəlb etmək. Bu yolda ermənilər digər dövlətlərdəki “dostları və adamlarından” yaralanmağa çalışırlar. Ermənilər təxribatlarına dəstək almaq və bunu daha da genişləndirmək üçün digər dövlətlərin rəsmi strukturlarında çalışan “dostlarından” istifadə edirlər. Ermənilər bu “dostları” vasitəsi ilə işğalçıya bəraət qazandıran və Azərbaycanı qınayan bəyanatlar və fikirlərin səsləndirilməsinə çalışırlar. Ermənilər son dövrlərdə Azərbaycan-Rusiya arasındakı yaranmış durumdan məharətlə yararlanmağa çalışır. Məhz bunun nəticəsidir ki, Rusiya XİN başçısı və XİN təmsilçiləri Azərbaycan-Rusiya münasibətlərinin mövcud ruhuna uyğun olmayan fikirlər səsləndirməklə məşğuldurlar.

Ermənilər bununla yanaşı, Rusiyadakı ermənipərəst politoloq və ekspert “dostlarının” “əməyindən” yararlanaraq niyyətlərini reallaşdırmaq üçün “dəstək” almağa çalışırlar. Elə bu yerdə Kremlə yaxınlığı ilə tanınan rusiyalı politoloq Vladimir Yevseyevin son açıqlamasını  misal çəkmək olar. O, son açıqlamasında ermənilərin dəyirmanına əməlli başlı “su töküb”. Rusiyalı politoloq  işğalçıya çağırış edərək Qarabağ məsələsində  Azərbaycanla  danışıqların aparılmasının heç bir mənası yoxdur: “Azərbaycanla danışıqların mənası yoxdur, onu sülhə məcbur eləmək üçün hərbi varianta əl atmaq lazımdır”.

Ancaq Yevseyev bunu deyərkən Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinin sülh yolu ilə həllində vasitəçilik missiyasını həyata keçriən ATƏT Minsk Qrupunun üç həmsədr ölkəsindən biridir və onun belə bir açıqlama verməsi Rusiyanın beynəlxalq vasitəçilik missiyasına ciddi xələl gətirən fikirlərdir. Rusiya təkcə Ermənistan-Azərbaycan münaqişəsinin həllində deyil, eyni zamanda Ukrayna, Yaxın Şərqdə, Suriyadakı  böhranın həllində vasitəçi rolunda çıxış edir. Əgər Rusiyanın bəzi rəsmiləri və ekspertləri işğalçını işalçılığını davam etdirməyə “ruhlandırması” son nəticədə elə Moskvanın beynəlxalq sülh siyasətini kölgə altına salmaqla yanaşı, münasibətlərində qeyri-səmimiliyinin göstəricisi kimi qəbul edilir. Baxmayaraq ki, Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır. Əslində indiki şəraitdə Rusiyanın Qarabağ münaqişənin həllində beynəlxalq hüquq prinsipləri əsasında ədalətli həllinə nail olmaqla, özünün dünyaya sülhsevər bir ölkə kimi təqdim etmək şansı yaranıb və bunun üçün böyük imkanlara malikdir. Rusiya Ermənistan-Azərbaycan münaqişəsini beynəlxalq hüquq normaları daxilində həllinə nail olarsa, o zaman Kremlin beynəlxalq aləmdə müsbət  imicinin formalaşmasına  ciddi surətdə  təkan verəcək. Ancaq imperiya maraqlarının girdabında boğulan Moskvaya belə bir şansdan yararlanmasına imkan vermir.  Rusiyanın imperiya maraqlarının  girdabından qurtula bilməməsi isə onun ziyanına işləyir. Necə ki, Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində yaranmış şansından yararlanmır.

Əgər indiki məqamda Rusiya Ermənistan-Azərbaycan münaqişəsində yaranan bu şansdan yararlanıb, həll etməyəcəksə, sonra gec olacaq. Hansı ki, bu gün Rusiyanın təklənməsi və sanksiyalardan canaını qurtarmaq üçün bu gözəl imkandır və bundan maksimum yaralanmalıdır. Bununla Rusiya təkcə bölgədə deyil, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmək imkanı əldə edəcək. Odur ki, Qarabağ münaqişəsinin həllində Rusiyanın patronajlığı ilə aparılan danışıqalr prosesinin uzanması  artıq Kremlin ziyanın işləyir. Bu nəinki Rusiyanın ziyanına işləyir, eyni zamanda, Kremlin patronajlığı altında həyata keçirilən danışıqları uğursuz sonluqla başa çatmasına gətirib çıxaracaq. Rusiyanın patronajlığı ilə aparılan Qarabağ danışıqların fiaskoya uğrması, onun beynəlxalq imicinə daha böyük zərbə vurmuş olacaq. Və nəticədə Rusiya bölgədə etibarlı dost məhfumunu itirmiş olacaq.

Bölgədə geosiyasi vəziyyət dəyişən kimi isə onun yerini digər qüvvələr tutmuş olacaq. Odur ki, Kreml vəziyyəti dəyərləndirib bölgədə səmimi dostluq qura biləcəyi ölkələri və xalqları itirmək istəmirsə Rusiyanın gələcəyi baxımdan ciddi nəticələr çıxarmalıdır. Səhv siyasətinə düzəliş etməlidir. Əks təqdirdə Rusiyanın ilk qənimi Ermənistan olcaq. Necə ki, zamanında  SSRİ-nın dağıdılmasında ermənilərin rolundan istifadə olundu, növbəti mərhələdə də, bölgədə ermənilərdən istifadə olunacaq. Rusiya bunu unutmamalıdır. Rusiya bu gün nə qədər Ermənistanda mövqeyini möhkəmlətməyə çalışsa da, günün birində vəziyyət tam başqa istiqamətdə dəyişə bilər.

Mürtəza Bünyadlı

Gununsesi.info