
Serbiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi təlimlərində iştirakını dayandırıb.
Gununsesi.info-nun verdiyi məlumata görə, Kreml Belqradın bu addımını Qərbin təzyiqi ilə əlaqələndirmədiyini bəyan edib.
Kremlin sözçüsü Dmitri Peskov ölkəsinin Serbiyanın xarici ölkələrlə hərbi təlimlərdə iştirakını dondurmaq haqqında qərarını Qərbin təzyiqi ilə əlaqələndirmədiyini bildirib: “Məsələ ondadır ki, bu mövzu Rusiya və Serbiya prezidentlərinin telefon danışığında müzakirə olunmayıb. Fakt ondan ibarətdir ki, Serbiya yarım il müddətinə bütün təlimlərdə iştirakını dondurub. Bu, nə Rusiya ilə, nə də hər hansı digər ölkələrlə əlaqəli deyil. Ona görə də biz Serbiya hakimiyyətinin bu cür qərarına hörmətlə yanaşırıq”.
Qeyd edək ki, Serbiya hökuməti dünən KTMT, Çin, eləcə də Qərb ölkələri ilə hərbi təlimlərdə iştiraka altı ay qadağa qoymaq haqqında qərar qəbul edib.
Gununsesi.info