Kreml separatçıların keçmiş “dövlət naziri”, erməni əsilli rusiyalı iş adamı Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb, Bakıya gətirilməsinə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov onda belə bir məlumatın olmadığını söyləyib.
“Məndə belə bir məlumat yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm… Kim saxlanılıb, ümumiyyətlə saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı bilmirəm”.
O, əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiyada onun hüquqları qorunacaq.
Gununsesi.info