Kremldən Afinanın Türkiyə “narahatlığı”na gözəl cavab

S-400 sistemləri hava hücumundan müdafiə vasitəsidir.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov yunan jurnalistin “Yunanıstanın Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərindən narahat olduğu” ilə bağlı sualına cavabında deyib.

HTML tutorial

“Dədəağac limanı vasitəsilə Yunanıstana daşınan silahlar isə müdafiə silahları deyil”, – deyə Peskov bildirib.

Kreml sözçüsü ABŞ və NATO əsgərlərinin Yunanıstanda cəmləşməsi və alyansın hərbi texnikasının Dədəağac limanı vasitəsilə daşınmasının Rusiyada narahatlıq yaratdığını vurğulayıb.

Qeyd edək ki, NATO-nun 120 helikopter və 1000 hərbi texnikasının Dədəağac limanından istifadə etməklə alyansın şərq sərhədinə – Yunanıstan, Bolqarıstan və Rumıniyaya yerləşdirilməsi üçün irimiqyaslı hazırlıq getdiyi haqda məlumat yayılıb.

Gununsesi.info