Kremldən Paşinyanın KTMT bəyanatına reaksiya

  • By admin
  • 23 Fevral 2024 13:54

İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyün dondurulması ilə bağlı rəsmi bildiriş göndərməyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Zvezda” telekanalına Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Ermənistan tərəfi bununla bağlı heç bir rəsmi addım atmayıb. Biz həmkarlarımızla əlaqə saxlamaq və bu bəyanatların mənasını aydınlaşdırmaq niyyətindəyik”, – Peskov deyib.

Peskov qeyd edib ki, bu halda detalları başa düşmək çox vacibdir. “Ümid edək ki, erməni dostlarımız bizə hər şeyi izah edəcəklər”, – o əlavə edib.

Xatırladaq ki, Ermənitsanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan KTMT-də iştirakını dondurub.

Son vaxtlar İrəvan bəzi inteqrasiya formatlarında görüşlərdə iştirak etməyib. O cümlədən, Paşinyan Minskdə keçirilən KTMT sammitinə qatılmayıb.