Kremldən Putinin namizədliyi ilə bağlı açıqlama

  • By admin
  • 13 Noyabr 2023 16:12

Vladimir Putin 2024-cü il seçkilərində dövlət başçısının namizədliyi ilə bağlı hələlik heç bir qərar qəbul etməyib.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

O, “Kommersant” qəzetinin Rusiya Prezident Administrasiyasının Putinin namizədliyinin irəli sürülməsi üzrə gələcək təşəbbüs qrupunun tərkibini müzakirə etməsi ilə bağlı dərc olunan xəbəri belə şərh edib.

“Aydındır ki, bu mövzu getdikcə daha çox politoloqların və mütəxəssislərin diqqətini cəlb edir. Hələlik bu məsələ ilə bağlı heç bir qərar verilməyib. Aydındır ki, açıqlama vaxtı yaxınlaşır. Amma hələ ki, heç bir qərar yoxdur”, – deyə Peskov bildirib.

Gununsesi.info