
Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt Peterburqdakı baş konsulluğunu bağlayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə XİN rəhbəri Sergey Lavrov bildirib.
“Bu dəqiqələrdə müavinim Sergey Ryabkov XİN-ə çağırılan ABŞ səfiri Hantsmana ölkəsi ilə bağlı görüləcək tədbirlərin məzmununu izah edir. Tədbirlər analoji sayda diplomatların ölkədən çıxarılmasını və ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğunun fəaliyyətinin dayandırılmasını nəzərdə tutur”, – deyə nazir qeyd edib.
Gununsesi.info