Kremldən Makrona cavab - Bu halda qəbul edə bilərik

Əgər Paris Ukrayna Silahlı Qüvvələrinin Donbasa endirdiyi zərbələri də tənqid etsə, Rusiya Ukraynaya endirilən zərbələri pisləyən Fransa Prezidenti Emmanuel Makronun sözlərini qəbul edə biləcək.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü xatırladıb ki, Ukrayna artilleriyası 2014-cü ildən qondarma DXR və LXR sakinlərinin mülki obyektlərini və yaşayış binalarını atəşə tutur. Peskov Makrona cavab olaraq “Fransa rəhbərliyinin bir dəfə də olsun qınayıcı açıqlamasını eşitməmişik” deyib.

Bundan əvvəl Fransa Prezidenti Rusiyanın Ukraynaya raket hücumlarına görə cəzalandırılmalı olduğunu bildirib və mülki hədəflərə hücumların yolverilməzliyini qeyd edib.

Gununsesi.info