Kremldən Zelenskiyə cavab: “Onun hansı vədlərlə prezident seçildiyini yaxşı bilirik”

  • By admin
  • 26 Yanvar 2023 13:18

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynanın dövlət başçısı Volodimir Zelenskiyə cavab verib.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, Peskov Zelenskiyə seçki kampaniyası zamanı verdiyi vədləri xatırladıb.

“Biz onun hansı vədlərlə prezident seçildiyini yaxşı bilirik. Amma o, Donbas problemini həll etmədi, Minsk razılaşmasını yerinə yetirmədi. Onun belə niyyəti yox idi və Zelenski müharibəyə hazırlaşdı”, – deyə sözçü bildirib.

Qeyd edək ki, Ukrayna prezidenti V.Zelenski xarici KİV-ə müsahibəsində Rusiya lideri Vladimir Putinlə danışmağın maraqsız olduğunu demişdi. Zelenski Rusiya prezidentinin onun üçün heç kim olduğunu söyləmişdi.

Gununsesi.info