“Kremlin ağrısını maksimuma çatdıracağıq” - Ağ Evin sözçüsü

  • By admin
  • 29 Yanvar 2022 16:23

Rusiyanın Ukraynaya müdaxiləsi halında ABŞ-ın tətbiq edəcəyi sanksyalarla bağlı yeni informasiyalar gəlib.

Gununsesi.info xarici agenltiklərə istinadən xəbər verir ki, bununla bağlı “The Wall Street Journal” qəzeti tərəfindən maralqı məlumat yayılıb.

Qəzetin xəbərinə görə, sanksiyalar hamının gözlədiyi kimi, Ruisyanın SWIFT beynəlxalq bank ödəmələri və informasiya mübadiləsi sistemindən ayırmağı nəzərdə tutmur. Üstəlik, RF-nin neft və qaz sektoruna hər hansı məhdudiyyətlərin tətbiqi gündəmdə deyil.

Lakin yeni sanksiyaların Rusiyanın ən böyük maliyyə qurumlarına şamil ediləcəyi dəqiqləşib.

“Biz yuxarıdan başlayacağıq və işi ən yüksək səviyyədə tutacağıq, bununla da Kremlin ağrısını maksimuma çatdıracağıq”,- deyə Ağ Ev administrasiyasının nümayəndəsi qəzetə danışıb.

Verilən informaiyalara əsasən, yeni sanksiyalardan ən zərərli çıxan Rusiyaın “VTB bank, “Qazprombank” və “Sberbank” kimi iri maliyyə nəhəngləri olacaq. Qeyd etmək lazımdır ki, təkcə “Sberbank” Rusiyanın maliyyə sisteminin 30%-lik təmiz aktivinə sahibdir.

 

 

Gununsesi.info