Kremlin “erməni sevgisi” və ya məkrli planı - "ÖLKƏNİN TƏHLÜKƏSİZLİYİ NAMİNƏ ERMƏNİLƏR AZƏRBAYCANA BURAXILMAMALIDIR"

  • By admin
  • 07 İyul 2017 15:12

1759

Azərbaycanı bölgədə özünün ən yaxın strateji tərəfdaş hesab edən Rusiyanın ölkəmizə qarşı qeyri-səmimi münasibəti və təhdid siyasəti davam etməkdədir. Rusiya istər işğalçı Ermənistan vasitəsi ilə, istərsə də digər müxtəlif çeşidli variantlardan istifadə edərək Azərbaycana qarşı təhdid siyasətini davam etdirir. Ümumrusiya Azərbaycanlıları Konqresi məsələsinə, həmçinin müxtəlif vasitələrdən istifadə etməklə işğalçı Ermənistanın cəbhə xəttində yaratdığı gərginliyə bəraət qazandırmaq və ona hansısa formada don geyindirməyə çalışır.

Elə iyulun 4-də cəbhənin Füzuli istiqamətində erməni silahlı birləşmələrinin Alxanlı kəndinin dinc sakinləri olan 18 aylıq Zəhra və onun nənəsinin qətlinə etiraz  etmək əvəzinə, yenə də öz ampulasında qalaraq, erməniləri müdafiə siyasətini açıq şəkildə davam etdirib. Baxmayaraq ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədi ilə yaradılan  ATƏT-in Minsk Qrupunun üç həmsədr ölkəsindən biridir. Digər hüquqları bir kənara qoysaq belə, Rusiyanın Minsk Qrupundakı həmsədrliyi Moskvanı ən azından Ermənistan-Azərbaycan münaqişəsində bitərəfli mövqe nümayiş etdirməyi tələb edir. Yəni Rusiya burada hansısa tərəfin mövqeyini dəstəkləmək yox, əksinə arbitr rolunda çıxış edərək tərəflər arasında  münaqişənin sülh yolu ilə həllinə nail olmaq istiqamətində fəaliyyət göstərməlidir. Hansı ki, bütün beynəlxalq aləm də bilir ki, Rusiya Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq ədalətli həlli üçün  geniş imkanlara və təsir mexanizminə malik yeganə ölkədir. Rusiya bu imkanlarından istifadə edib bölgədə sülhü, sabitliyi bərqərar etməklə, dünyada özünü sülhsevər bir dövlət kimi təqdim etmək əvəzinə, fəaliyyətində bunun əksini nümayiş etdirir. Azərbaycan  iyulun 4-də Füzulinin Alxanlı kəndində baş verən insanlığa sığmayan vəhşiliyə kəskin etiraz etməsini gözləsə də, bunun əksinin şahidi oldu. Belə ki, rəsmi Moskva iyulun 4-də baş verən hadisəyə ancaq ATƏT Minsk Qrupu həmsədləri səviyyəsində səsləndridiyi bəyantdan kənar  formada öz etirazını bildirmədi.

Strateji tərəfdaşlıq münasibətlərindən danışan rəsmi Moskva bu dəfə Azərbaycanı erməniəsilli Rusiya vətəndaşlarını buraxmamaqda ittiham etdi. Rusiya XİN Bakını erməni millətindən olan Rusiya vətəndaşlarının Azərbaycana buraxılmamasına etiraz edərək bunu diskriminasiya hesab edib.

Rusiya XİN-in açılamasında deyilir: “Həqiqətən də Azərbaycana gələn Rusiya vətəndaşlarının etnik əlamətə görə diskriminasiyaya məruz qaldığını bəyan eləmək zorundayıq. Biz iki ölkə arasında dostluq əlaqələri ilə bir araya sığmayan qızışdırıcı diskriminasiya praktikasını dayandırmağı tələb eləməkdə davam edirik. Aydındır ki, yaranmış vəziyyətdən nəticələr çıxaracağıq”.

Rusiya XİN-in açıqlamasında həmçinin iddia edilir ki, bu ilin əvvəlindən Rusiyanın 25 vətəndaşına Azərbaycana girmək yasaq olunub: “Onları bir neçə saat saxlayıb, bəzən də ac-susuz, tibb xidmətin olmadan ləngidib, sonra da öz hesablarına xaric ediblər. Bu zaman əsas kimi də onların erməni familiyaları götürülüb. Hərgah, elə hallar da olub ki, bəzi rus ad-soyadlı şəxslər də ”erməni əcdadları” ilə bağlı sorğu-sual ediliblər. Biz dəfələrlə, o cümlədən nota şəklində olan müraciətlərimizdə bu praktikaya son verilməsini tələb eləmişik. Lakin yönlü və məqbul cavab ala bilməmişik. Azərbaycanın cavab notasında deyilir ki, xoşagəlməz eksseslərin qarşısını almaq üçün Azərbaycan bir sıra şəxslərə qarşı müxtəlif tənzimləmələr tətbiq eləməyə məcburdur”.

Rusiya bununla da açıq formada ermənilərin müdafiəsinə qalxaraq, öz qeyri-səmimi dostluq münasibətini ortaya qoyub.

Düzdür, rəsmi Bakı da Moskvanın bu hərəkətinə cavabsız qoymayıb. Azərbaycan XİN-in mətbuat xidmətinin Rusiya XİN-in açıqlamasına cavabında isə deyilir ki, Rusiya XİN-in təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olması məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblüdür və başadüşülən deyil.

Azərbaycan XİN-in aşıqlamasında bildirilir ki, Rusiya tərəfinin nümayiş etdirdiyi qeyri-dost münasibət heç bir halda iki dövlət  arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir: “Ümumiyyətlə, Rusiya və Azərbaycan arasında diplomatik əlaqələr qurulduqdan sonra 25 il ərzində son dövrə qədər bu məsələ heç bir zaman gündəmə gəlməyib. İndiki zamanda Rusiya tərəfinin bu məsələdə həddən ziyadə fəallıq göstərməsini izah etmək çətindir. Əvvəlcədən məlumatlandırma və xəbərdarlıq rejimi əsasında Azərbaycan tərəfindən müvafiq olaraq erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə girməsi üçün şərait yaradılıb. Burada da hər hansı bir problem olmayıb. Bu günə qədər yüzlərlə erməni əsilli Rusiya və digər ölkələrin vətəndaşlarının müvafiq ön xəbərdarlıqla Azərbaycan ərazisinə daxil olması təmin edilib. Dərin multikultural ənənələrə sahib, müxtəlif etnik mənşəyə malik insanların azad birgəyaşayış məkanı olaraq Azərbaycan beynəlxalq və milli qanunvericiliyə əsasən öz milli və təhlükəsizlik maraqlarından çıxış edərək, xarici ölkə vətəndaşlarının öz ərazisinə buraxılıb-buraxılmamasına dair özü qərar verir”.

Rəsmi Bakı onu da bəyan edib ki, Rusiya tərəfi ATƏT-in Minsk Qrupunun həmsədri olaraq yaxşı bilir ki, Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş işğal və təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib və işğal edilmiş ərazilərdə Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törədilib: “Bir milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün həyatını yaşayır. Xocalı faciəsini xatırlatmaq istərdik ki, erməni əsilli digər ölkə vətəndaşlarının da bilavasitə iştirak etməsi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bütün Xocalı  sakinləri bir gecənin içində soyqırıma məruz qalıblar. Bu ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələrinin mülki Azərbaycan əhalisinə qarşı törətdiyi hücumlar və təxribatlar nəticəsində  bir qadının  və onun 2 yaşlı  nəvəsinin ölməsi faktı Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı bu kimi terror-təxribat siyasəti aparılmasının daha bir sübutudur.  Xüsusən də belə bir həssas dönəmdə Rusiya tərəfindən bu məsələyə bu cür diqqətin yetirilməsi ciddi sualların yaranmasına səbəb olur”.

Azərbaycan XİN bildirir ki, məsələnin həssaslığını nəzərə alaraq heç bir ölkə tərəfindən bu məsələ qaldırılmadığı halda, Rusiya tərəfindən sözügedən məsələyə bu dərəcədə diqqətin yetirilməsi heç bir halda başadüşülən deyil: “Təəssüflər olsun ki, ata və anasının qəbrini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Azərbaycan əsilli Rusiya vətəndaşı Dilqəm Əsgərovun taleyinə Rusiya tərəfindən biganəlik göstərilir. Rusiya Federasiyası ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir və biz də gözləyirik ki, Rusiya Federasiyası öz üzərinə düşən məsuliyyətdən çıxış edərək münaqişənin  tezliklə həll olunması istiqamətində səylərini daha da artıracaq və Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılacaq. Nəticədə regionda davamlı sülh və təhlükəsizlik təmin olunacaq. Ondan sonra insanların da sərbəst gediş-gəlişi üçün imkan yaranmış olacaq. Azərbaycan tərəfinin bu mövqeyi dəfələrlə müvafiq şəkildə Rusiya XİN-in diqqətinə çatdırılıb”.

Rusiya XİN-in ermənilərə qahmar çıxması ilə bağlı yaydığı məsələyə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korruösiya ilə mübarizə komitəsinin üzvü, Xocalıdan olan deputat Elman Məmmədov isə Gununsesi.info-ya açıqlamasında deyib ki, Rusiyadan bundan artıq nəsə gözləməyə dəyməz: “Çünki son iki yüz ildə dünyanın müxtəlif ölkələrində yaşayan erməniləri Cənubi Qafqaza köçünü təşkil edən və Azərbaycan torpaqlarında onlara dövlət yaradıb, onları müdafiə edən məhz Rusiyadır. İlk əvvəllər bu siyasəti  Çar Rusiyası, sonra sovet Rusiyası, indi isə Rusiya  Federasiyası davam etdirir. Rusiya tarix boyu erməniləri müdafiə edib və bu gün də açıq şəkildə onları müdafiə edir. Və bununla da erməniləri işğalçılıq siyasətinə sövq edir”.

Rusiya-Azərbaycan dostluq manasibətlərinə və bu ölkənin ATƏT MQ-dəki həmsədrliyinə gəldikdə isə millət vəkili deyib ki, Rusiya tərəfindən verilən bəyanatlar boğazdan yuxarı, yalan və ədalətdən uzaq sözlərdir. “Vaxtı ilə Leninin və Stalinin yanında xeyli sayda erməni millətindən olan mioyanlar, indi isə Putinin yanında erməni millətindən olan lavrovlar çalışır. Ona görə də Rusiyanın erməniləri deyil, Azərbaycanı müdafiə edəcəyinə mən inanmıram və bu heç zaman olmayacaq”- deyə, E.Məmmədov vurğulayıb.

Erməniəsilli xarici ölkə vətəndaşlarının Azərbaycana səfər etməsinə gəldikdə isə millət vəkili bildirib ki, hansı ölkə vətəndaşı, eyni zamanda səfərinin məqsədindən, niyyətindən, düşüncəsindən asılı olmayaraq  erməni millətindən olan şəxsin Azərbaycana girişinə icazə vermək düz deyil. “Əgər biz ölkənin təhlükəsizliyini istəyiriksə və yaxud təxribatların olmasını istəmiriksə, o zaman erməni millətindən olan şəxslər Azərbaycana buraxılmamalıdır. Mən bunun əleyhinəyəm. Ona görə ki, indiyədək belə hallar olub və əksər hallarda ermənilər son anda öz xislətlərini göstəriblər”- deyə, E. Məmmədov bildirib.

Odur ki, Rusiyanın son hərəkəti Moskvanın Azərbaycana qarşı daha ciddi məkrli planlarından xəbər verir. O baxımdan da  Rusiya son aylarda davamlı olaraq Azərbaycana qarşı bu cür hərəkətlərini ancaq və ancaq Moskvanın Azərbaycana qarşı mərkli planının tərkib hissəsini olan  çeşidli təxribat və təzyiq xarakterli siyasəti kimi dəyərləndirmək olar. Çünki bu gün erməni əsilli Rusiayvətəndaşının hansı məqsədə xidmət etdiyi heç kimə bəlli deyil.

Burada bir məqama diqqət yetirmək yerinə düşər ki, hazırda İrəvan üçüncü dövlətlər vasitəsi ilə öz kəşfiyyat və təxribatçı qruplarını Azərbaycan yerləşdirməyə çalışır. Belə ki, İrəvan bu planını daha çox xarici ölkələrdə yaşayan ermənilərdən  yararlanmağa çalışır. Buna nail ola bilmədikdə isə xaricəd erməni lobbi və diasporunun tam təsiri altında, “verboka” olunmuş insanların xidmətindən faydalanmağa çalışır. Bir çox hallarda  İrəvan bu niyyətinə nail olur. Ancaq Azərbaycanın kəşfiyyat orqanları belə faktları vaxtında müəyyən edib, bu qüvvləri zərərsizləşdirir. Lakin buna heç də, hər zaman anil olmaq mümkün olmur. O baxımdan İrəvan Rusiyadakı ermənilərdən öz məqsədləri üçün istifadə etməsi labüddür və belə hallar mövcuddur.  Odur ki, dövlət təhlükəsizliyi məsələsində dövlətin  təhlükəsizliyini təmin edən şəxslərlə yanaşı vətəndaşlar da  ayıq olamlıdır. Belə məsələlərdə həssaslıq nümayiş etdirilməlidir.

Rusiya-Azərbaycan əlaqələrinin gələcək perspektivinə gəldikdə isə onu demək olar ki, Azərbaycan hər zaman Rusiya ilə səmimi dostluq, mehriban qonşuluq münasibətləri şəraitindən, bərabərhüquqlu dövlətlər səviyyəsində əməkdaşlıq etməyə hazırdır. Əgər Rusiya Azərbaycanla səmimi dostluq, mehriban qonşuluq, bərabərhüquqlu dövlətlər səviyyəsidə əlaqələrini qurmaq istəyirsə, o zaman bunu sözdə deyil, əməldə sübut etməlidir.

Son olaraq onu demək lazımdır ki, Azərbaycan Rusiyanın bütün bu təzyiqlərinin arxasınsa hansı məqsəd və niyyətlərinin dayandığını yaxşı anlayır. Ancaq Rusiya bu niyyətinə nail ola bilməyəcək.

Mürtəza Bünyadlı

Gununsesi.info