Kremlin mənim gözlərimin qarşısında Rusiyanı məhv edir - Rusiyanın xarici işlər naziri

  • By admin
  • 01 Mart 2022 11:56

Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev Rusiyanın Ukraynaya hücumunu pisləyib.

Gununsesi.info sabiq nazirin açıqlamasını təqdim edir.

“Kremlin mənim gözlərimin qarşısında Rusiyanı məhv edir. Rusiyanın Qərbi nüvə müharibəsi ilə hədələməsi Rusiyanın özünün məhvi deməkdir. Çünki nüvə zərbəsinə veriləcək qarşılıq Rusiyanı məhv edəcək. Bəs, Rusiyanı niyə məhv etmək istəyirlər?

Qardaş Ukraynaya hücum edilir və oradakı qardaşlarımızı öldürürlər, şəhərləri dağıdırlar və s. Bununla bərabər rus xalqı da məhv edilir. Bilmirəm bizim hərbçilər nə fikirləşir. Onlar ilk növbədə Rusiya analarını, övladlarını, Rusiya şəhərlərini müdafiə etməlidirlər. Onların ilk vəzifəsi nüvə avantürasına imkan verməməkdir. Əks halda onlar öz vətənlərinin müdafiəsində yox, məhvində iştirak etmiş olacaqlar. Özü də heç bir səbəb olmadan”.

Gununsesi.info