Ukraynanın Donetsk vilayətinin işğal olunmuş ərazilərində Mərkəzi Asiya və Şimali Qafqazdan olan işçilərin sayı artır.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb.
İlk növbədə, bu, regionun cənubuna, xüsusən də artıq 30 mindən çox miqrantın yaşadığı işğal olunmuş Mariupol şəhərinə aiddir.
Mərkəz qeyd edir ki, bu bölgələrdən olan miqrantlar aşağı əmək haqqı müqabilində tikinti layihələrində işləməyə hazırdırlar. Eyni zamanda, yerli sakinlər arasında işsizlik səviyyəsi artır, bu, Donetsk vilayətinin bəzi ərazilərində artıq 50 faizə çatıb.
Məlumatda qeyd edilir ki, Moskva bununla işğal olunmuş ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, yerli sakinlərin işsizlik və humanitar fəlakət ucbatından tərk etmək məcburiyyətində qalması, onların yerinə isə Rusiyaya sadiq miqrantların gətirilməsi siyasətini həyata keçirir. (teleqraf.com)