“Kremlin SSRİ-ni bərpa etmək planı yoxdur” - SAAKAŞVİLİNİN BƏYANATINA CAVAB VERİLDİ

  • By admin
  • 28 Sentyabr 2019 00:35
Bu gün ölkə KİV-də, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sensasiya yaradan bəyanatı yayımlanmışdı.
Kreml Saakaşvilinin “Rusiyanın yaxın 5 ilə SSRİ-ni bərpa etmək niyyəti var” bəyanatına cavab verib.
Gununsesi.org “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Vladimir Peskov Saakaşvilinin məlum bəyanatını şərh edərkən “Belə bir plan yoxdur”-deyib.
Xatırladaq ki, Saakaşvili: “Vladimir Putin 2024-cü ildə Gürcüstanı, Ermənistanı, Moldovanı, Belarusu və Ukraynanın “qərb hissəsi istisna olmaqla” əsas hissəsini birləşdirmək istəyir” – bəyanatını vermişdi.
Gununsesi.org