Kremlindən Kılıçdaroğlunun “seçkiyə müdaxilə” paylaşımına cavab

  • By admin
  • 12 May 2023 17:49

Türkiyədə 14 may siyasi seçkiləri yaxınlaşdıqca gündəm və açıqlamalar bir qədər də sərtləşir. Millət İttifaqının Prezidentliyə ortaq namizədi Kamal Kılıçdaroğlunun “Rusiyanın seçkiyə müdaxilə etməsi” iddiasının ardından Kremlindən bu iddia ilə bağlı cavab gəlib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kremlinin mətbuat sözcüsü Dmitri Peskov Kılıçdaroğlunun “seçkiyə müdaxilə” iddiaları ilə bağlı xəbərsiz olduqlarını söyləyib.

“Necə gündəmə gəldiyini bilmirik, ancaq bu iddiaları ana müxalifətin namizədinə ötürən adamlar yalançıdır”, – deyə açıqlama edib.

Xatırladaq ki, Prezidentliyə namizədMəhərrəm İncə haqqında sosial mediada bir çox dezinformasiyalar paylaşıldıqdan sonra Kamal Kılıçdaroğlu özünün Facebook səhifəsində Türkiyədəki seçkilərə “siyasi müdaxilə” etdiyini paylaşmışdı.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info