Krım körpüsündə partlayışı kim təşkil edib?

  • By admin
  • 09 Oktyabr 2022 13:57

Ukrayna xüsusi xidmət orqanları yük maşınının köməyi ilə Krım körpüsündə partlayış təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti Ukrayna rəsmisinə istinadən yazıb.

Nəşrin məlumatına görə, Ukraynanın yüksək rütbəli məmuru partlayışın arxasında Ukraynanın dayanması barədə məlumatı təsdiqləyib. Mənbənin sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları partlayışı körpünün üzərindən keçən yük maşınına yüklənmiş bombadan istifadə edərək həyata keçirib.

Gununsesi.info