Krıma hücum başlayır

  • By admin
  • 21 Noyabr 2022 10:02

Ukrayna işğal olunmuş ərazilərin azad edilməsi ilə bağlı yeni plan hazırlayıb.

Gununsesi.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında buna eyham edilib.

Nazirliyin sosial şəbəkə hesabında gedən paylaşımda Krımın azad edilməsi üçün hücum planı hazırlandığına işarə olunub:

“Belə iddia edilir ki, qışda hava şəraitinə görə döyüş əməliyyatları dayandırılacaq. Bu iddianı irəli sürənlər, böyük ehtimalla, Krımın cənub sahillərində Günəşin istisində qızınmayıblar”.

Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak da hücum olacağına işarə edib:

“Əminəm ki, Kırımın qaytarılması əməliyyatı olacaq”.

Gununsesi.info