Krıma və Volqoqrad vilayətinə PUA hücumu

  • By admin
  • 24 Noyabr 2023 12:12

Krım yarımadasına və Volqoqrad vilayətinə PUA hücumu olub.

Gununsesi.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi 16 təyyarə tipli pilotsuz uçuş aparatının məhv edildiyini bildirib.

“Növbətçi hava hücumundan müdafiə sistemləri 16 PUA-nı məhv edib, onlardan 13-ü (ilhaq edilmiş) Krım yarımadası üzərində, üçü isə Volqoqrad vilayətinin ərazisində olub”, – məlumatda deyilir.

Nazirlik qeyd edib ki, PUA hücumları həyata keçirmək cəhdinin qarşısı noyabrın 24-nə keçən gecə alınıb.

Gununsesi.info