Energetiklər Krımın cənub və şərqində elektrik təchizatını qismən bərpa edə biliblər və işlər davam edir.
Gununsesi.info xəbər verir ki, bu barədə respublikanın Baş naziri Yuri Qotsanyuk Max messenger tətbiqində məlumat verib.
“Krımın şimal, qərb və mərkəzi hissəsindəki bir sıra yaşayış məntəqələrində elektrik kəsilib. Şərq hissəsi və cənub sahili qismən bərpa olunub”, – deyə o qeyd edib.
Qotsanyuk əlavə edib ki, bütün strateji əhəmiyyətli obyektlər -xəstəxanalar, təcili yardım xidmətləri və həyati əhəmiyyətli infrastruktur normal rejimdə fəaliyyət göstərməyə davam edir.
Energetiklər hazırda bölgədəki vəziyyəti sabitləşdirmək üçün gecə-gündüz çalışırlar.
Maqsud











