Krımda güclü partlayış - VİDEO

  • By admin
  • 01 Oktyabr 2022 19:43

Oktyabrın 1-i axşam saatlarında müvəqqəti işğal olunmuş Krımdakı Belbek aerodromunda partlayış səsi eşidilib.

Gununsesi.info xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Sevastopolun işğalçı hakimiyyətinin nümayəndəsi Razvojayev bildirib ki, Belbek aerodromunda fövqəladə vəziyyət yaranıb:

“Xilasedicilərin sözlərinə görə, eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və yanıb. Hazırda yanğınsöndürmə briqadaları hadisə yerində işləyir. Xahiş edirəm, sakit olun”.

Partlayış səsləri Sevastopolun şimalındakı Lyubimovka kurort mikrorayonunun ərazisində də eşidilib.

İlkin ehtimallara görə aerodrom ərazisindəki partlayış Ukrayna ordusunun endirdi dəqiq zərbədən sonra baş verib.

Gununsesi.info