Krımda hərbi hissədə PARTLAYIŞ

  • By admin
  • 16 Avqust 2022 10:17

Ukraynanın işğal edilmiş Krım yarımadasının Cankoy rayonunun Qalay (Azov) kəndində Rusiyaya məxsus hərbi hissə yanır.

Gununsesi.info xəbər verir ki, bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

“Müvəqqəti olaraq işğal olunmuş Krımdan xəbər var: rusların Cankoy rayonunun Qalay kəndindəki hərbi hissəsinə uğurlu zərbə endirilib. Bir saatdır ki, partlayış səsləri eşidilir”, – Çubarov bildirib.

O əlavə edib ki, zərbə Rusiya ordusunun silah-sursat anbarına endirilib.

Bu gün səhər saatlarında Krımda partlayış səsləri eşidilib. Hadisə şahidlərinin sözlərinə görə, partlayışlar Cankoy rayonundakı elektrik yarımstansiyasında baş verib. Obyektin tüstülədiyi bildirilir.

Gununsesi.info