Krımdakı partlayışla bağlı Ermənistan vətəndaşı həbs edilib

  • By admin
  • 12 Oktyabr 2022 12:52

Krım körpüsündə baş verən partlayışla bağlı Ermənistan vətəndaşı həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin yaydığı məlumatda bildirilir.

Məlumatda Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov Krım körpüsündə terror aktının təşkilatçısı kimi tanınıb və partlayıcı materialın buradan gətirdiyi bildirilib. Partlayıcı maddə Odessadan Bolqarıstana, buradan Gürcüstana və Ermənistana aparılıb.

Bildirilir ki, cinayətin hazırlanmasında iştirak edən beş Rusiya, üç Ukrayna və Ermənistan vətəndaşı cinayət işi çərçivəsində həbs edilib.

Qeyd olunur ki, Ermənistan vətəndaşı 1985-ci il təvəllüdlü Artur Tercanyandır.

Məlumatda onun hansı ölkədə həbs olunduğu deyilmir.

Ermənistanın aparıcı saytları isə qeyd edirlər ki, Ermənistan seçicilər reyestrində yalnız bir nəfər Artur Tercanyan qeydə alıbıb ki, o da İrəvan sakini, 1986-cı il təvəllüdlüdür.

Gununsesi.info