Krımın ilk Prezidenti vəfat etdi

Krımın ilk və yeganə Prezidenti Yuri Meşkov 73 yaşında dünyasını dəyişib.

Gununsesi.org-un verdiyi xəbərə görə, bu barədə “İnterfaks”a siyasətçinin qızı Marianna Meşkova məlumat verib.

Məlumata görə, Meşkov insult keçirdikdən sonra Moskvaətrafı rayonda xəstəxanalardan birində müalicə alırmış.

Qeyd edək ki, Y. Meşkov 1994-cü ildə Krımın seçki ilə seçilmiş (72,9 faiz seçici sayı ilə) ilk prezidenti olub. 1995-ci ildə Ukrayna Ali Radası Krımın konstitusiyasını ləğv edərək burada muxtar respublika yaradıb. Meşkov isə bundan sonra Moskvaya köçüb.

Gununsesi.org