Krımın qadın prokuroru istefa verdi

  • By admin
  • 26 Sentyabr 2016 19:52

b0pz8duscts

 

Rusiyada olduqca məşhur olan Krım prokuroru Natalya Poklonskaya vəzifəsindən istefa verib.

Gununsesi.info-nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Poklonskaya bildirib ki, “Vahid Rusiya” partiyasının siyahısı üzrə Dövlət Dumasına millət vəkillərinin seçilməsi ilə əlaqədar keçirilən seçkilərə görə bəyanat imzalayıb.

“Mən bu gün Dövlət Dumasına seçkilərlə bağlı Krım prokuroru vəzifəsindən müvəqqəti azad olunmağım üçün ərizə yazdım”, – deyə Poklonskaya söyləyib.

Onun sözlərinə görə, istefa ərizəsi artıq Baş Prokurorluğa göndərilib.

“Dövlət Dumasına deputat seçildiyimə görə mənim səlahiyyətlərim dayandırılıb və mən Krım prokuroru vəzifəsindən azad olunuram. Mənim karyeram prokuror olaraq qalır, lakin deputat kimi fəaliyyət göstərir və bu səlahiyyətlərimi icra edirəm”, N. Poklonskaya qeyd edib.

Xatırladaq ki, N. Poklonskaya 2014-cü il mayın 2-də prezident Vladimir Putin tərəfindən Krım prokuroru təyin olunub.

 

Gununsesi.info