Krımın Təhsil naziri istefa verdi

  • By admin
  • 28 Noyabr 2019 15:11

Krımın Təhsil, Elm və Gənclər naziri Nataliya Qonçarova istefa verib. 

Gununsesi.org  xəbər verir ki, 7 ildir nazir postunda olan Qonçarova öz istəyi ilə istefa ərizəsi yazıb. Ərizəsinə uyğun olaraq 27 noyabrda Krım rəhbəri Sergey Aksenovun fərmanı ilə vəzifəsindən azad edilib.

Qeyd edək ki, N. Qonçarova 2012-ci ilin noyabrında Krım Muxtar Respublikasının Təhsil və Elm, Gənclər və İdman nazirliklərinə rəhbərlik edib. Yarımadanın Rusiyanın tərkibinə keçməsindən sonra, 2014-cü ildə Krım hökumətində Təhsil, Elm və Gənclər naziri vəzifəsinə təyin edilib.

Gununsesi.org