Kriminal aləmin nüfuzlu “oğru”ları “Lotu Quli”nin ziyarətində - FOTOLAR

  • By admin
  • 15 Noyabr 2017 11:00

Rusiyanın kriminal aləminin nüfuzlu “qanuni oğru”ları azadlığa çıxan “Lotu Quli” ləqəbli Nadir Səlifov ilə görüşüb. 

Gununsesi.info baku.ws-yə istinadən xəbər verir ki, “Lotu Quli”, qardaşı Namiq Səlifovla yanaşı digər oğrularla da görüşüb.

Başda Rəşad “Gəncinski” olmaqla Rafət “Əlibayramlınski”, Kuşnər “Qomelskiy”, Hacı Xəsrət və İlqam “Lotu Quli”nin ziyarətinə gəliblər.

Qeyd edək ki, Qulinin həbsdən vaxtından əvvəl çıxması postsovet məkanı oğru dünyasında böyük sensasiyaya səbəb olub. Onun azadlığa çaxacağını yalnız yaxın ətrafı bildiyi üçün bu məsələ öncədən kriminal çevrələrdə hallanmayıb.

Gununsesi.info