Kriminal aləmdə yeni qalmaqal - "MƏN "QULİ"Nİ “OĞRU” KİMİ TANIMIRAM" (VİDEO)

  • By admin
  • 10 Yanvar 2018 13:06

Kriminal aləmdə Yetim Sabir kimi tanınan şəxslə “Gəncəli Firdovsi” kimi tanınan şəxs arasındakı telefon danışığının sosial şəbəkədə yayımlanması ciddi rezonansa səbəb olub.

Gununsesi.info oxuculara “Yetim Sabir”lə “Gəncəli Firdovsi” arasında baş verən danışığı olduğu kimi təqdim edir.

Yetim Sabir:

– Alo, quzu kəsərəm sənə qaqa… Firdovsi, eşidirsənmi məni? İndiyə kimi sənə hörmət etmişəm və bundan sonra da edəcəyəm. Allah səni var eləsin. Allah səni saxlasın, arzularına, məqsədlərinə çatdırsın, qaqaş.

Mən də sənin kimi eyni fikirdəyəm. Mənim yaşayışıma “Yuska” da, “Quli” də kursdu. Pis çıxmasın, kimsə də mənimlə maraqlanmaq istəyirsə maraqlana bilər. Gədəbəydən Asəf var. Ondan məni soruşa bilərlər. Onlar mənim hər addımımdan xəbərdardırlar.

Qeyd edək ki, telefonda arada rabitə kəsildiyindən və səs pis eşidildiyindən tərəflər fikirlərini təkrar edir və ya aydın eşidilmir. Bu arada telefonda səs itdiyindən “Yetim Sabir” “Gəncəli Firdovsi”yə  “Eşidirsənmi?”, deyə sual verir.

Gəncəli Firdovsi:

– Danış, danış…

Yetim Sabir:

– Burada 33-cü “xata”da Anar var. Şəmkirdən… Dedi ki, Firdovsi ilə danışmışam və guya sən demisən ki, özümdən başqa “avara”  tanımıram.

Dedim dayan. Dayandı. Dedim, bəs Firdovsi ilə danışanda dedinmi ki, “Yuska” bundan kursdur. Anar “Quli”yə də mənim barəmdə çatdırıb ki, orada onu görürəm. İndi de görüm Anara “özümdən başqa avara tanımıram” demisənmi?

Firdovsi:

– Hə. Demişəm.

Yetim Sabir:

– Sən məni avara kimi tanımırsanmı?

Firdovsi:

– Yox. Sən bir il dörd aydır türmədəsən…

Bu arada, “Yetim Sabir” onun sözünü kəsərək deyir ki, 1 il 4 ay yox, 1 il 45 gündür buradayam.

Firdovsi deyir: “Hər nə isə… Bu müddət ərzində nə etmisən?”

Yetim Sabir:

– Nə etmişəm?! Əgər maraqlansan o zaman çöldə və içəridə nə etdiyimdən xəbərin olar.

Qeyd edək ki, telefonda xışıltı yarandığından yenə də danışıq yaxşı eşidilmir.

Firdovsi:

– Bura bax, ay Yetim. Qulaq as mənə. Burada vəziyyəti mən düzüb qoşmuşam. Sən yox. Bu bir. İkincisi, kim nəyə baxacaq, nə edəcək, onu da mən müəyyən edirəm. Sən yox. Sadəcə sən “samostayatelni” özünü ortaya atmısan.

Yetim Sabir:

– Ay qaqa. Yox axı, sən burada düz eləmirsən. “Oğru”oradan deyir ki, sən (yəni “Yetim Sabir” nəzərdə tutulur-red.) oradasan. Və onlar da məni qəbul edir.

Firdovsi:

– “Oğru” kimə deyirsən?

Yetim Sabir:

– “Quli”ni deyirəm.

Firdovsi:

– Mən “Quli”ni “oğru” kimi tanımıram.

Yetim Sabir:

– “Quli”ni “oğru” kimi tanımayan qəhbə olar.

Firdovsi:

– Bax, bu sözünə görə, mən sənin ağzını cıracam. Mən söyüş söymürəm və bunu özümə “pozvolyat” eləmirəm.

Bu məqamda, yenə də telefonda səslər pis eşidildiyindən “Gəncəli Firdovsi” “Yetim Sabir”ə deyir ki, qoy yenidən sənə zəng edim. Bununla da tərəflər arasında telefon əlaqəsi kəsilir.

Gununsesi.info