Kriminal avtoritet özünü yeddinci mərtəbədən ataraq intihar etdi – FOTO

  • By admin
  • 25 Dekabr 2020 21:52

Rusiyada federal axtarışda olan kriminal avtoritet Rizvan Hüseynov (“Rezvıy”) polis təqibindən qaçarkən özünü binanın yeddinci mərtəbəsindən atıb.

Bu barədə REN TV xəbər yayıb.

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb. Polislərin onu təqib etməsinin səbəbi açıqlanmır.

“Rezvıy” xabarovlu məşhur kriminal avtoritet Aleksandr Voroninin (Malış) silahdaşı sayılıb.

Hüseynovu hüquq-mühafizə orqanlarının işçiləri belə xarakterizə ediblər: “Hiyləgər, bacarıqlı, eyni zamanda tez əsəbiləşən, asanlıqla aqressivləşən biridir. Çox təhlükəlidir. Saxlanılması halında silahlı müqavimət göstərə bilər”.