Kriminal qruplaşmaya qarşı əməliyyat: 7 nəfər saxlanıldı

  • By Admin2
  • 25 Mart 2025 14:11

Gürcüstanın İmereti bölgəsində kriminal qruplaşmaya qarşı əməliyyat keçirilib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat çərçivəsində 7 nəfər saxlanılıb.

Kriminal qruplaşmanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müxtəlif bizneslərə qarşı qanunsuz təsir göstərdiyi müəyyən edilib.

Saxlanılan şəxslərə qarşı açılmış cinayət işləri üzrə 15 ilədək həbs cəzası nəzərdə tutulur.

Gununsesi.info