Kriptovalyuta fırıldaqçıları saxlandı - 13 MİNLİK CİNAYƏT

  • By admin
  • 19 Aprel 2018 19:52

Çinin Şensi əyalətində polis kriptovalyuta fırıldağı ilə məşğul olan 9 nəfəri saxlayıb.

Gununsesi.info xəbər verir ki, fırıldaqçılar 3 həftə ərzində 13 min nəfəri aldadıb.

Polis bildirib ki, həmin şəxslər insanlara “Datang Coin” kriptovalyutasını almağı məsləhət görüb. Bu kriptovalyutanın alınması üçün 480 min dollara yaxın ilkin ödəniş tələb olunub. Əvəzində onların gündə 13 min dollar qazana biləcəkləri vəd edilib.

Ümumilikdə fırıldağın həcmi 13 milyon dollar təşkil edib.

Gununsesi.info