Kritik ilkin seçki: Tramp qələbəsini elan etdi

ABŞ seçki ab-havasına girməyə başlayıb.

Gununsesi.info xəbər verir ki, Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi üçün keçirilən ikinci ilkin seçkidə ölkənin keçmiş prezidenti Donald Tramp qalib gəlib. Seçkilərin nəticələri açıqlandıqdan sonra etdiyi çıxışda Tramp Nikki Heylini “fırıldaqçı” adlandırıb. “O, qalib gəlmiş kimi danışır, amma qalib gələ bilmədi”, – deyə Tramp bildirib.

Heyli mübarizəni davam etdirəcəyinə işarə edib.

Nəticələrdən sonra Heylinin yarışdan geri çəkilməsinə təzyiq artdıqca bütün gözlər fevralın 24-də Cənubi Karolinada keçiriləcək ilkin seçkilərə və martda keçiriləcək “Super çərşənbə axşamı”na çevrilib. Bu səsvermənin nəticələri respublikaçıların yeni namizədini müəyyən etməyə kömək edə bilər.

ABŞ mediası Heylinin Cənubi Karolinada iki müddətə qubernator olmasının üstünlük olduğunu yazsa da, anketlərdə onun Trampdan geri qaldığı görünür.

Respublikaçıların Ayova ştatında keçirdiyi ilk ilkin seçkilərdən sonra Florida qubernatoru Ron Desantis, Vivek Ramasvami və Asa Hatçinson yarışdan çəkilmək qərarına gəliblər. Desantis və Ramasvami Trampı dəstəkləməyə qərar verərkən, Hatkinson da Heylini dəstəkləyib.

Gununsesi.info