Kritik istefa: Baş nazir vəzifəsindən getdi

  • By admin
  • 06 Mart 2024 08:43

Bolqarıstanın baş naziri Nikoyay Denkov istefa ərizəsini parlamentə təqdim edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bolqarıstan Nazirlər Şurasının Mətbuat Mərkəzi məlumat yayıb.

Denkov açıqlamasında istefasını koalisiya tərəfdaşı Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) partiyası ilə “danışıqlara dəvət” kimi qiymətləndirib.

Vəzifəsini növbəti hökumət qurulana qədər vəzifəsini davam etdirəcəyini bildirən Denko, Mariya Qabrielin baş nazir olacağı hökumətdə baş nazirin müavini olmağı gözlədiyini qeyd edib.

GERB partiyası ilə Davamlı Dəyişiklik-Demokratik Bolqarıstan (PP-DB) ittifaqı arasında bağlanan razılaşmaya əsasən, Denkovun 9 aylıq səlahiyyət müddəti martın 6-da başa çatır.

PP-DB ittifaqını təmsil edən baş nazir olan Denkov vəzifəsini GERB partiyasını təmsil edən xarici işlər naziri Mariya Qabrielə həvalə edəcək.

Denkov 6 iyun 2023-cü ildə parlamentin etimad səsverməsindən sonra baş nazir olub.

Denkovun istefası parlament tərəfindən təsdiqlənməlidir.

 

Gununsesi.info