Kritik telefon danışığı: Türkiyə ABŞ-dan bunu istədi

  • By admin
  • 18 Dekabr 2023 08:37

Türkiyənin xarici işlər naziri Fidan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.

Gununsesi.info xəbər verir ki, ABŞ tərəfinin xahişi ilə baş tutan danışıqlarda regional və qlobal məsələlər, iki ölkə arasında münasibətlər müzakirə olunub.

Telefon danışığı zamanı ABŞ-Türkiyə münasibətlərində müttəfiqlik ruhuna uyğun davranmağın vacibliyi vurğulanıb, İsveçin NATO üzvlüyü, F-16 məsələsi və müdafiə sənayesi sahəsində əməkdaşlıq da dəyərləndirilib.

İsrail-Fələstin gərginliyinin də müzakirə olunduğu görüşdə Fidan Qəzza və İordan çayının qərb sahilində vəziyyətin getdikcə pisləşdiyinə diqqət çəkərək, hücumları dayandırmaq üçün ABŞ-ın İsrailə təsirindən istifadə etməsini istəyib.

Hakan Fidan İsrailin tam atəşkəs əldə edildikdən sonra iki dövlətli həllə əsaslanan ədalətli və davamlı sülhün reallaşdırılmasına yönəlmiş siyasi prosesin başlaması üçün masaya gətirilməli olduğunu vurğulayıb.

Gununsesi.info