Kremlindən Türkiyə açıqlaması

  • By admin
  • 29 May 2023 17:15

Rusiyanın Prezident idarəsinin sözcüsü Dmitri Peskov Türkiyə-Rusiya münasibətləri haqqında danışıb

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Peskov Türkiyə ilə çox iddialı hədəflərinin olduğunu bildirərək Rəcəb Tayyib Ərdoğanın seçkiləri qazanmasından sonra iki ölkə arasındakı ortaq layihələrin yerinə yetirilməsində yüksək sürətlilik olduğunu dilə gətirib.

Paytaxt Moskvada jurnlistlərə açıqlama verən Rusiya rəsmisi Ərdoğanın zəfəri münasibəti ilə keçiriləcək tədbirə dəvətlə bağlı suala cavabında bunları deyib:

“Gözləyəcəyik Hələlik bir dəvət gəlməyib. Putin və Ərdoğanın telefon danışığı etməsi ehtimalı var. İki ölkə arasındakı layihələrin gerçəkləşdirilməsi sürətlənməkdədir. Əlbəttə, bu sürətin qorunacağına ümid edirik. Çünki bu sahələrdə hədəflər çox iddialıdır.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info