KTMT hansı hallarda Donbasa girə bilər? - BAŞ KATİB AÇIQLADI

  • By admin
  • 20 Fevral 2022 02:49
“Donbasdakı münaqişə zonasına KTMT sülhməramlılarının yerləşdirilməsi BMT Təhlükəsizlik Şurasının qərarı və Kiyevin razılığı ilə mümkün ola bilər”.
Gununsesi.info xəbər verir ki, bunu “Reuters” agentliyinə müsahibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas deyib .
 “Hipotetik olaraq, bu mümkündür, lakin bunun üçün Ukraynanın razılığı lazımdır, axı bu, onun ərazisidir, BMT Təhlükəsizlik Şurasının mandatı və həmçinin bu qərarın bütün hökumətlərimiz tərəfindən dəstəklənməsi lazımdır”, – deyə o bildirib.
 KTMT-nin baş katibi əlavə edib ki, Ukraynadaxili münaqişə yalnız diplomatiya yolu ilə həll oluna bilər, lakin hazırda vəziyyət təhlükəli istiqamətdə inkişaf edir.
Gununsesi.info