KTMT-nin baş katibi: “Sərhəddə gərginliyi azaltmaq üçün ciddi tədbirlərə ehtiyac var”

  • By admin
  • 21 Dekabr 2021 11:56

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədindəki gərgin vəziyyətdən narahatlığını bildirib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “Armenpress” agentliyinə müsahibəsində deyib.

HTML tutorial

S.Zasın fikrincə, sərhəd məsələsi yalnız siyasi-diplomatik yolla tənzimlənməlidir: “Biz noyabrın 26-da Soçidə əldə olunmuş razılıqları dəstəkləyirik. Azərbaycanla Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün addımların atılması, həmçinin sərhədlərin müəyyənləşməsinə dair komissiyanın yaradılması istiqamətində işləmək lazımdır. Aydındır ki, gərginliyi azaltmaq üçün həmişəkindən daha ciddi tədbirlərə ehtiyac var”.

Xatırladaq ki, bu gün S.Zasın Ermənistana üçgünlük səfəri başlayır. Səfər çərçivəsində o, ölkənin ali siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.

Gununsesi.info