KTMT-nin dövlət başçıları toplaşacaq - Lavrov tarixi açıqladı

  • By admin
  • 26 Noyabr 2020 14:44

Kollektiv Təhlükəsizlik Şurasının dövlət başçıları səviyyəsində iclası planlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra açıqlamasında bildirib.

Lavrov görüşün KTMT üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasından dərhal sonra keçiriləcəyini deyib.

O, bu mərhələdə Rusiyanın KTMT-yə sədrlik etdiyini də xatırladıb.

 

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Minskdə səfərdədir. Lavrov Belarus Xarici İşlər naziri Vladimir Makey ilə görüşdən sonra Prezident Aleksandr Lukaşenkonun qəbulunda olub.

KTMT-yə altı ölkə daxildir: Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan.

Gununsesi.info