Rusiya Qazaxıstana qoşun göndərdi

  • By admin
  • 06 Yanvar 2022 11:57

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv sülhməramlı qüvvələri artıq Qazaxıstana göndərilib.

Gununsesi.info  xəbər verir ki, bu barədə KTMT katibliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Rusiya Hava-desant Qüvvələri Qazaxıstana göndərilən KTMT sülhməramlı qüvvələrinin bir hissəsidir.

Son məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti artıq Qazaxıstanda vəzifəsini icra etməyə başlayıb.

Məlumata görə, Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.
Kollektiv Qüvvələrinin əsas vəzifələri dövlət və hərbi obyektlərin mühafizəsi, vəziyyəti sabitləşdirmək olacaq.

Gununsesi.info