KTMT-nin Qazaxıstana girməsi qanunidir - Kosaçev

  • By admin
  • 06 Yanvar 2022 14:45

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı sülhməramlı əməliyyatı həm müqaviləyə qoşulan ölkələrin daxili qanunvericiliyi, həm də beynəlxalq hüquq baxımından qanunidir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib.

“KTMT-nin sülhməramlı əməliyyatı başlayır. Bu, məcburi mərhələdir. Əgər etirazçılar ekstremizmdən uzaq olsaydılar, bu, baş verməyəcəkdi. KTMT bölmələrinin vəzifəsi dövlət və hərbi obyektləri qorumaq, asayişi təmin edən qüvvələrə kömək etmək olacaq. Amma ölkədə asayişi son nəticədə Qazaxıstan hakimiyyəti bərpa etməlidir. Bizim missiyamız onlara torpaqların qorunmasına kömək etməkdir”.

Gununsesi.info