KTMT-nin Yerevan sammiti bu təşkilatın süqutunu sürətləndirib -QUBAD İBADOĞLU

  • By admin
  • 25 Noyabr 2022 18:06
“Rusiya Prezidenti Vldamir Putininin Ermənistan səfəri uğursuz olub. O,  Ermənistan səfərindən Kremlə məyus qayıtdı”.
Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycan Demokratiya və Rifah Partiyasının lideri Qubad İbadoğlu deyib.
Onun sözlərinə görə, Putin bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yekun bəyanatına imza atsa da Paşinyan həmin sənədi imalamaqdan imtina edərək, KTMT-nin yekun sənədlərinin qəbuluna mane olub: “Digər tərəfdən də anti-Putin əhval ruhiyyəli ermənilər nümayişlər keçirərək onun səfərinə etirazlarını, Ukraynaya dəstəklərini bildiriblər.
Beləliklə də KTMT-nin Yerevan sammiti bu təşkilatın süqutunu sürətləndirib ki, bu da Azərbaycanın maraqlarına uyğundur”.
Mais
Gununsesi.info